manera.az
manera.az

“Əli və Nino” filmi Avropa Parlamentində təqdim olunub/ MANERA.AZ

📅 14.03.2017 18:35

“Əli və Nino” filmi Avropa Parlamentində təqdim olunub/ MANERA.AZ


Brüsseldə, Avropa Parlamentinin binasında “Əli və Nino” filminin təqdimatı olub. Avropada ilk təqdimat mərasimində Avropa Parlamentinin üzvü Norika Nikolai, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Gürcüstanın Belçikadakı səfiri Natali Sabanadze və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin rəhbəri Mark Vervilgen çıxış ediblər.

200-dən çox izləyicinin iştirak etdiyi təqdimat mərasimində Avropa Parlamentinin və Azərbaycan Milli Məclisinin üzvləri, Avropa vətəndaş cəmiyyətinin təmsilçiləri, Belçikada Azərbaycan diasporunun üzvləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir.

Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Qremmi mükafatçısı Asif Kapadianın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adam Bakri və ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi Kristofer Hemptondur.

medeniyyet.az


Baxış sayı - 1 380 | Yüklənmə tarixi: 14.03.2017 18:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031