manera.az
manera.az

"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı

📅 20.09.2021 14:56

"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
Beynəlxalq “Emmy” mükafatının qalibləri bəlli olub.

Manera.az TASS-a istinadən xəbər verir ki, laureatların adları CBS (Los-Anceles) kanalı vasitəsiylə açıqlanıb.

Ən yaxşı dramatik serial nominasiyasının qalibi “Tac” (“The Crown”) serialı olub.

Ən yaxşı komediya serialı nominasiyasının qalibi “Teda Lasso”,

ən yaxşı mini-serial nominasiyasının qalibi isə “Kraliçanın gedişi” serialı olub.

Aktyor nominasiyaları

Aktyorlar Cin Smart və Ceyson Sudeykis “Teda Lasso” komediya seriallında oynadıqları baş obrazlara görə “Emmy” mükafatına layiq görülüblər.

“Tac” serialında rol almış Oliviya Kolman və Coş Okonnor dramatik filmdəki ən yaxşı baş obraz nominasiyası üzrə qalib seçiliblər.

Aktrisa Keyt Uinslet mini-serialdakı çıxışına görə ən yaxşı aktrisa nominasiyasının qalibi olub.


Baxış sayı - 497 | Yüklənmə tarixi: 20.09.2021 14:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930