manera.az
manera.az

"Qızıl qlobus"un qalibləri açıqlanıb - Siyahı

📅 13.01.2022 12:29

"Qızıl qlobus"un qalibləri açıqlanıb - Siyahı
"Qızıl qlobus" kinematoqrafiya və televiziya müsabiqəsi qaliblərinin adları məlum olub.

MANERA.AZ “TASS”-a istinadən xəbər verir ki, bu il mükafatın təşkilatçıları mərasimin ənənəvi birbaşa yayımından imtina ediblər.

Əsas nominasiyalar üzrə qaliblərin siyahısı belədir:

Ən yaxşı dram filmi – “İtin gücü”.

Ən yaxşı dram aktyoru - Uill Smit ("Kral Riçard").

Ən Yaxşı qadın dram aktrisası - Nikol Kidman (“Rikardo olmaq”).

Ən yaxşı animasiya filmi - "Enkanto".

Ən yaxşı xarici film - "Maşınımın sükanına keç".

Ən yaxşı aktrisa və aktyor - Keyt Uinslet ("İsttaunlu Meyr") və Maykl Kiton ("Breaking").

Ən yaxşı ssenari - Kennet Brana (“Belfast”).

Ən yaxşı komediya/müzikl aktrisası - Reyçel Zeqler (“Vestsayd tarixçəsi”).

Ən yaxşı bəstəkar - Hans Zimmer (“Dyun”).

Ən yaxşı film mahnısı - “Ölməyə vaxt yoxdur” (Billi Ayliş).

Ən yaxşı dram serialı – “Varislər”

Ən yaxşı komediya/müzikl –“Vestsayt tarixçəsi”.

Ən yaxşı rejissor - Ceyn Kempion (“İtin gücü”).

Qeyd edək ki, "Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatıdır.


Baxış sayı - 803 | Yüklənmə tarixi: 13.01.2022 12:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031