manera.az
manera.az

Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTO

Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTO
Mayın 21-də Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə gənc yazıçı, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi Gülnaz Nağızadənin növbəti kitabının – “Qordi düyünü” romanının təqdimat və imza günü keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Poeziya evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamladıqdan sonra, əvvəlcə Gülnaz Nağızadənin hələ məktəbli ikən qələmə aldığı “Xoşbəxtlik qapını döyür” və “Femidanın gözləri” əsərlərindən söz açıb. Həmin kitabların ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılandığını söyləyib və müəllifin yeni əsəri – “Qordi düyünü” romanı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyliyə verilib. Elçin Hüseynbəyli kitabın Masallı Gənclər Evində keçirilmiş təqdimatında da iştirak etdiyini, Gülnazın perspektivli bir gənc yazar olduğunu qeyd edib. Onun yeni əsərinin də aktual bir mövzunu əhatə etdiyini söyləyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalı tədbir iştirakçılarına və Gülnaz Nağızadəyə komitənin sədri, millət vəkili Qənirə Paşayevanın salamlarını çatdırıb. Müəllifi yeni kitabının işıq üzü görməsi münaibəti ilə təbrik edib və ona yeni yaradıcılıq uğurları diləyib.

Dünya Gənc Türk Yazarları Birlyinin başkanı, gənc şair İntiqam Yaşar Gülnaz Nağızadənin əsərlərini yüksək dəyərləndirdiyini deyib və onun DGTYB üzlüyünə qəbul olunduğunu qeyd edərək, üzvlük vəsiqəsini gənc yazara təqdim edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Gülbahar Haqverdiyeva, gənc yazarın təhsil aldığı Sumqayıt şəhərindəki 12 saylı orta məktəbin və tələbəsi olduğu BDU-nun müəllimləri Gülnaz Nağızadənin təhsildə qazandığı uğurlarla bərabər, həm də istedadlı bir yazar olduğunu söyləyib, ona yaradıcılıq uğurları diləyiblər.

Tədbirdə iştirak edən millət vəkilləri Musa Qasımlı və Anar İsgəndərov Gülnaz Nağızadəni təbrik etdilər, onu gələcəyin böyük yazıçısı kimi görmək istədiklərini, eyni zamanda dövlət tərəfindən istedadlı gənc yazarlara olan diqqət və qayğıdan söz açıblar.

Hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan dəyərli insanların da tədbirdə iştirakı və çıxışları maraqla qarşılandı. Beyləqan rayon məhkəməsinin sədri Ramiz Nurullayev, Lənkəran Regional Mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, ehtiyatda olan hərbçi, polkovnik Mürşüd Babayev gənc yazarın belə bir mövzuya müraciət etməsini və dedektiv janrda yazılmış romanın süjetini dəyərləndirməklə onun gələcəkdə həm də yaxşı bir hüquqşünas olacağını deyiblər.

Sumqayıtlı yazarlardan, prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayeva, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, AYB Sumqayıt bölməsinin məsləhətçisi, şair Xatirə Fərəclinin, AJB Sumqayıt bölməsinin sədri, şair Rafiq Oday, MİHİ Sumqayıt şəhər təşkilatının sədri Şahin Şəfiyev və başqaları gənc yazara yaradıcılıq uğurları diləyiblər.

Şair Fəxrəddin Teyyubun gənc yazarın istedadından duyğulanaraq ona həsr etdiyi şeiri söyləməsi, professor, tənqidçi, eyni zamanda, Gülnaz Nağızadınin ikinci kitabının redaktoru Vaqif Yusiflinin roman haqqında ətraflı çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

Bütün bu çıxışlardan sonra gənc yazıçının atası Nasir Nağıyevin səmimi çıxışı, qızı ilə qürur duyduğunu, onun bu istedadı ilə fəxr etməsini söyləməsi gurultulu alqışlarla müşayiət olunub.

Sonda Gülnaz Nağızadə tədbirin təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirdi və oxucuların suallarını cavablandırıb.

Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTO
Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTO
Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTO
Gənc yazıçı Gülnaz Nağızadənin imza günü keçirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031