Poeziya Evində "Dəniz" Gənclər Ədəbi Birliyi yaradıldı
Bu gün Sumqayıt Poeziya Evində şəhərin gənc ədibləri Azərbaycanda Könüllülər ili elan edilməsi çərçivəsində keçirilən toplantıda bir araya gəldilər.
Manera.az xəbər verir ki, toplantıda iştirak edən gənc yazarlar hər həftənin şənbə günü saat 15:00-da Poeziya Evində fəaliyyət göstərən “Dəniz” Gənclər Ədəbi Birliyinin ədəbi məclislərində toplaşmaq qərarını verdilər.
Ə.Kərim adına Poeziya Evinin kütləvi tədbirlər üzrə təşkilatçısı, AYB-nin üzvü, gənc şair Elvin Əlizadə birliyin sədri seçildi.
Birliyin gələcək fəaliyyəti ilə bağlı müzakirələrdən sonra gənc şairlər – Emin Piri, Samir Hacı, Elşad Xaqan, Elçin Nur, Ümüd Abbas, Esmira Günəş, Gülnar Ümid, Sevda Alisoy, Ulduz Babayeva özlərinin yeni şeirlərini oxudular.
Tədbirdə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı iştirak etdi və gənclərə öz tövsiyyələrini verdi, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.