manera.az
manera.az

“Femidanın gözləri” povestinin təqdimatı keçirilib

“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimatı olub.

Manera.az xəbər verir ki, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.

Filoloq Aygün Yaşar təqdimatı keçirilən kitab barədə danışıb, nəşrin redaktoru, professor Vaqif Yusifli isə gənc yazarın əsərinin bədii məziyyətlərindən söz açıb.

Tədbirə qatılan Milli Məclisin deputatı Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, müəllifin təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşıyeva, müəllimələr, şəhər ictimaiyyətinin nümayəndələri Gülnaz Nağızadəni təbrik ediblər.

Sonra müəllif, Sumqayıt şəhərində yerləşən N.Tusi adına 12 saylı orta məktəbin 10-cu sinif şagirdi Gülnaz Nağızadə kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb.
“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
“Femidanın gözləri” povestinin təqdimatı keçirilib
“Femidanın gözləri” povestinin təqdimatı keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031