Gənc şairin imza günü keçirilib
Sumqayıt Poeziya Evində gənc qazi-şair Elvin İntiqamoğlunun Xalq Şairi Sabir Rüstəmxanlının ön sözü və şair Emin Pirinin redaktorluğu ilə nəşr olunmuş “On dördüncü qızılgül” adlı ilk şeirlər kitabının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, şəhidlərin ruhu qarşısında sayqı duruşu ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Elvin İntiqamoğlunun yeni nəşr olunmuş kitabı haqqında ətraflı məlumat verib.
Tədbirin aparıcısı, Poeziya Evinin təşkilatçısı gənc şair Elvin Əlizadə tədbir iştirakçılarını salamlayaraq qələm dostunu kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib. Sonra o, sözü tədbir iştirakçılarına təqdim edib.
Təqdimatda çıxış edən Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şair Ofelya Babayeva, filologiya elmləri doktoru, professor, şair Rafiq Yusifoğlu, kitabın redaktoru, qazi-şair Emin Piri, tanınmış nasir Əyyub Qiyas, əməkdar artist, şair Nazir Rüstəm, şairlərdən Ehtiram İlham, Elnur Uğur, Xaqani Abbasəli Öztürk, Solmaz Cahangirova, Mədaxil Cavadlı, Miraslan Rasim, Cabir Albantürk, Mələk Yazar, Şahin Hacıyev, nasirlərdən Şəlalə Hüseynova, Elvin Rizvangil, Nemət Mətin, gənc yazarlardan müharibə iştirakçısı Nicat Ağayev, Aygün Yaşar, Gülnar Ümid, Əsmər Hüseynxan, Günel Balakişi, Vüsal Ağa, Əlirza Paşayev, Ürvət Əfqanoğlu, Əşrəf Əşrəfli, Bəhram Bilaloğlu çıxış edərək "On dördüncü qızılgül"dən seçmə şeirlər səsləndiriblər. Oxuculardan Gülnar Əhmədova, Əlikram Əzizov, İlqar Nəsirov şairi ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər.
Tədbirin sonunda Elvin İntiqamoğlunun şəhid baş leytenant Emil Əsədova ithaf etdiyi “Qaya-11” adlı şeirinin video-çarx şəklində sələndirilməsi ilə başa çatıb.