manera.az
manera.az

Xalq artisti MDB mükafatına layiq görülüb

📅 16.12.2021 06:51

Xalq artisti MDB mükafatına layiq görülüb
Azərbaycanın Xalq artisti, Moskvanın “Bolşoy teatrı”nın solisti Elçin Əzizov Müstəqil Dövlətlər Birliyinin (MDB) “Birliyin ulduzları” mükafatına layiq görülüb.

MANERA.AZ xəbər verir ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi bu mükafatın təqdimat mərasimi dekabrın 21-də “Paşkov Evi”nin böyük zalında keçiriləcək.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Fondun icraçı direktoru Anatoli Aksanov və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edəcəklər.


Baxış sayı - 542 | Yüklənmə tarixi: 16.12.2021 06:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930