manera.az
manera.az

Xalq rəssamımız Moskvada təltif olunacaq

📅 10.12.2017 19:53

Xalq rəssamımız Moskvada təltif olunacaq
Dekabrın 11-12-də Moskvada keçiriləcək MDB-nin yaradıcı və elmi ziyalılarının XII forumunda Azərbaycan da təmsil olunacaq.

MANERA.AZ xəbər verir ki, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Rusiyadan nümayəndələrin iştirak edəcəyi tədbirdə MDB məkanında ailə dəyərlərinin və ənənələrinin möhkəmlənməsində humanitar əməkdaşlığın rolu müzakirə olunacaq. Bölmə iclaslarında peşəkar fəaliyyətin müxtəlif aspektləri nəzərdən keçiriləcək: Təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, habelə MDB-də Mədəniyyət ilinə hazırlıqlar.

Forum çərçivəsində MDB-nin "Birliyin ulduzları" dövlətlərarası mükafat laureatlarının mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, bu il mükafatın laureatı Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilov olub.


Baxış sayı - 1 079 | Yüklənmə tarixi: 10.12.2017 19:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930