manera.az
manera.az

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar

📅 24.11.2021 08:03

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar
Bakıda dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.

Manera.az xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.

Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - FOTOlar


Baxış sayı - 508 | Yüklənmə tarixi: 24.11.2021 08:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930