manera.az
manera.az

ƏSA Teatrı beynəlxalq mükafata layiq görülüb

📅 31.10.2021 14:25

ƏSA Teatrı beynəlxalq mükafata layiq görülüb
Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir.

Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.

Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada Qələbə Memorial Kompleksində təntənəli şəkildə baş tutub. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.

ƏSA Teatrı beynəlxalq mükafata layiq görülüb


Baxış sayı - 527 | Yüklənmə tarixi: 31.10.2021 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930