manera.az
manera.az

“Xosrov və Şirin” serialının yayımına başlanılır

📅 14.12.2021 09:20

“Xosrov və Şirin” serialının yayımına başlanılır
12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının bu gündən etibarən “İctimai TV”nin efirində yayımına başlanılır.

MANERA.AZ xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Xosrov və Şirin” serialında süjet saxlanılmaqla hadisələr müasir dövrə uyğunlaşdırılıb.

Çəkilişləri Mərdəkan, Şüvəlan, Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, prodüseri Fariz Əhmədov, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadə, təsvir rejissoru Elman Əliyev, rəssamı Vüsal Rəhim, bəstəkarı ArazOzarAdır. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan film Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.


Baxış sayı - 618 | Yüklənmə tarixi: 14.12.2021 09:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031