manera.az
manera.az

Moldovada Nizami Gəncəvinin yubileyi qeyd ediləcək

📅 13.05.2021 13:43

Moldovada Nizami Gəncəvinin yubileyi qeyd ediləcək
Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin Milli Kitabxanasının direktoru Elena Pintiley ilə görüşüb.

Manera.az xəbər verir ki, görüş çərçivəsində iki ölkənin müvafiq sahələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qüdsi Osmanov və Elena Pintiley Azərbaycan Milli Kitabxanası ilə Moldova Milli Kitabxanası arasında qarşılıqlı konfrans, layihə və tədbirlərin həyata keçirilməsi təşəbbüsünü müzakirə ediblər.

Görüşdə eləcə də 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbirin Moldova Milli Kitabxanası ilə birgə təşkil edilməsi barədə razılığa gəlinib. /report.az/


Baxış sayı - 744 | Yüklənmə tarixi: 13.05.2021 13:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930