manera.az
manera.az

“Fəryad-2” filminin çəkilişləri başa çatdı - Fotolar

“Fəryad-2” filminin çəkilişləri başa çatdı - Fotolar
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.

Bu barədə Manera.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Rejissoru Xalq artisti Vaqif Mustafayev olan film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.

Azərbaycan ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

İlkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub.

“Fəryad-2” filminin çəkilişləri başa çatdı - Fotolar
“Fəryad-2” filminin çəkilişləri başa çatdı - Fotolar
“Fəryad-2” filminin çəkilişləri başa çatdı - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031