Yeni ədəbiyyat müsabiqəsi

Ölkəmizin bütün bölgələrindən azyaşlı istedadların ədəbi bacarıqlarını tanıtmaq məqsədilə Azərbaycan Radiosu şeir, hekayə və esse müsabiqəsi elan edir. Müsabiqədə 15 yaşadək uşaqlar özünü sınaya biləcək.
Manera.az xəbər verir ki, iştirak etmək istəyənlər 31/01/2022-ci il tarixinədək yazıların elektron variantını yazar@aztv.az elektron poçtuna göndərə bilər. Məktubda müəllif haqqında ayrıca qısa məlumat və əlaqə vasitələrinin göstərilməsi xahiş olunur.
Eyni zamanda, müəlliflər əlyazmalarını qapalı zərfdə Bakı ş., M.Hüseyn küç. 1 ünvanına Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə təqdim etməlidir. Məktubun üzərinə “Ədəbi müsabiqə üçün” sözlərini yazmağı unutmayın.
Hər müəllif yalnız 1 (bir) yazı ilə iştirak edə bilər.
Hekayə və esselər Azərbaycan dilində yazılmalıdır. Müsabiqədə obyektivliyi təmin etmək üçün seçim mərhələsində müəlliflərin adı münsiflər heyətindən gizli saxlanılacaq.
Mövzular: “Vətən”, “Qarabağ”, “Müzəffər əsgər”, “Mənim atam”, “Anam”, “Dostluq”.
Müsabiqənin gedişi barədə iştirakçılara vaxtaşırı məlumat veriləcək.
Qaliblər mükafatlandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.