manera.az
manera.az

Ülvi Bünyadzadə şeir və esse müsabiqəsi davam edir

📅 08.10.2019 10:58

Ülvi Bünyadzadə şeir və esse müsabiqəsi davam edir
“525-ci qəzet” 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi elan edib.

Müsabiqədə yalnız 35 yaşına qədər gənclər iştirak edə bilərlər.

I yer üçün 1 nəfər (300 manat);

II yer üçün 3 nəfər (200 manat);

III yer üçün 5 nəfər (100 manat).

Hər müəllif yalnız bir esse və ya şeir təqdim edə bilər. Esselərin həcmi 10 min işarədən artıq olmamalıdır.

Təqdim olunan əsərlər daha əvvəl heç bir yerdə dərc edilməməlidir.

Esse və şeirləri bir ədəd şəkil, qısa bioqrafiya və şəxsiyyət vəsiqəsinin surəti ilə birgə cavidqedirpr@gmail.com ünvanına göndərmək lazımdır.

Əlavə məlumat üçün 055-479-16-02, 070-920-18-55, 012-510-28-83 (Cavid Qədir) nömrələrinə zəng edə bilərsiniz.

Müsabiqə sentyabrın 23-dən (Ü.Bünyadzadənin doğum günü) dekabrın 1-dək davam edəcək. Mükafatlandırma mərasimi 20 Yanvar faciəsinin ildönümü, mərhum şairin anım günü ərəfəsində baş tutacaq.

Əsərlər müsabiqənin ekspertlərinə təqdim olunacaq. Ekspert heyəti tərəfindən seçilən ən yaxşı mətnlər kitab halında dərc ediləcək. Münsiflər heyəti bu mətnlərin içərisindən qalibləri müəyyən edəcək. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.


Baxış sayı - 1 823 | Yüklənmə tarixi: 08.10.2019 10:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031