manera.az
manera.az

Şəki məktəbliləri Nəsimi haqqında esse yazacaq

Şəki məktəbliləri Nəsimi haqqında esse yazacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi, ADPU-nun Şəki filialı və ŞREM-in Gənc alim və mütəxəssislər şurası ilə birlikdə 25 noyabr 2019-cu il tarixində Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirir.

Müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Nəsimi yaradıcılığı, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz, eləcə də elmə marağın artırılması məqsədilə keçirilir.

Müsabiqəyə təqdim olunacaq esselərin mövzuları:

• Nəsimi lirikasında insan;
• Nəsiminin qəzəl yaradıcılığı;
• Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri;
• Hürufizmin Nəsimi yaradıcılığında əksi;
• Nəsimi yaradıcılığında folklor ünsürləri;
• Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz.

Müsabiqəyə qatılma şərtləri:

• Müsabiqədə Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edə bilər;
• Hər bir müəllif yalnız bir mövzuda esse yazısı ilə müsabiqəyə qatıla bilər;
• Esselərin maksimum həcmi 2000 sözdən çox olmamalıdır;
• Esselər Azərbaycan dilində yazılmalıdır;
• Müsabiqədə iştirak etmək istəyən şagirdlərin adı, soyadı, atasının adı, təmsil etdiyi sinif və məktəbin dəqiq adı, eləcə də əlaqə telefonu göstərilməklə 20 noyabr 2019-cu il tarixinədək musabiqa.srem@mail.ru elektron poçt ünvanına göndərilməklə qeydiyyatdan keçmələri tələb olunur.

Müsabiqənin keçiriləcəyi tarix və ünvan: 25 noyabr 2019-cu il, ADPU-nun Şəki filialı (yazı üçün şagirdlərə 80 dəqiqə vaxt verilir)

Esselər bu sahədə yetərincə təcrübəsi olan münsiflər heyəti tərəfindən yazı müsabiqəsinin keçirildiyi tarixindən sonra, 5 gün müddətində dəyərləndiriləcək. Orijinal və yazı qaydalarına düzgün riayət olunaraq tərtib olunmuş nümunələr seçildikdən sonra 1-ci yer (1 nəfər), 2-ci yer (2 nəfər), 3-cü yer (2 nəfər) və həvəsləndirici (3 nəfər) olmaqla mükafatlandırılacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930