manera.az
manera.az

Uşaqlar üçün rəsm müsabiqəsi elan olundu

📅 22.01.2019 12:31

Uşaqlar üçün rəsm müsabiqəsi elan olundu
Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub.

Rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir. İştirak etmək istəyənlər öz sənət əsərlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək .

Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqənin yekun sərgisində nümayiş olunacaq.

Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.



Baxış sayı - 1 957 | Yüklənmə tarixi: 22.01.2019 12:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031