manera.az
manera.az

Sənsizlik elə soyuq ki...- ŞEİRLƏR | MANERA.AZ

Sənsizlik elə soyuq ki...- ŞEİRLƏR | MANERA.AZ
manera.az
Elnur Abdiyev

***
Sənsizlik elə soyuq ki,
Sanki bir məzar daşı,
Döyür üzünə külək,
Səmtsiz əssə də.
Yağır başına şimşək-şimşək,
ildırım səsi,
Tərpənmir bu səsə də.
Gecə yatağında tövşüyür,
soyuq tər axıdır,
sənsizliyindən alnımın yazısı.
Bədənim ikiyə bölünüb,
yarı quru,yarı su.
Yarısı sənə aiddir axı.
Ruhum,bəlkə,səni buraxır,
bu, yoxsa ruhumun göz yaşıdır?
Bu gecə nə ağır gecə?
Gözü kor,qulağı sağır gecə.
Darıxıram bu fağırlıqdan,
Nə də qurtula bilirəm,
Adım boyda ağırlıqdan,
Çıxa bilmirəm içimdən,
Qabığım köhnə qabıq,
Özüm burda,
sən orda,
Fikrimdə çabalayır,
Məndə mən sən qarışıq.

***

Dəlilik gözəldir,olasan dəli,
Bircə olmayasan,söhbət dəlisi.
Buğlana başında Vətən sevdası,
Adına deyələr millət dəlisi.

Gül olub bitəsən,torpaq üzündə,
Xoş ətir saçasan, Vətən düzündə.
Sevənin sevdiyi sevgi sözündə,
Öpüb oxşanasan, heyrət dəlisi.

Ağlının ipini özün yığasan,
Tamahı öldürüb,nəfsi boğasan.
Hər Günəş doğanda şeir doğasan,
Görələr necədir,fitrət dəlisi.

Bir ümid vəd edə ömrün yelkəni,
Böyük vəzifələr tez udar səni.
Özü qılınclayar öz kölgəsini,
Vəzifə dəlisi,şöhrət dəlisi.

Gedəsən ulduzun axa dalınca,
Sevgi gözlərini sıxa dalınca.
Ay Elnur, köçəndə baxa dalınca,
Hamı deyə rəhmət, rəhmət dəlisi.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031