Bu gün həmin gündür... - ŞEİRLƏR |MANERA.AZ
Tural Balabəyli
_______________________
Mən gedirəm
Mən gedirəm
yolu
bilinməyən
"ayrılıq"
karvanı
ilə
tənhalığa,
sənsizliyə.
Mən gedirəm
yol-yoldaşım
sənsiz-sənli xatirələrim qalır.
Mən gedirəm...
Ölən sevgi
Bu gün yasdayam,
dünən gecə öldürdü.
Yaşada bilmədi
bu sevgini.
Tək tutacam yasını
bu sevginin.
3-nü, 7-ni, 40-nı, ilini
verəcəm
bu sevginin.
Bu gün yasdayam,
dünən gecə öldürdü.
Yaşada bilmədi
bu sevgini.
Gözlərin
Gözlərin
mən deyəni görmədi,
amma görə bilərdi
sənə böyütdüyüm
sevgini.
Sevgi lövhəsi
Bax
gözlərimə
başa düşən
dildə
yazmışam
"SƏNİ SEVIRƏM"
Bəzən sənə xəlvəti,
Amma guya ki təsadüfən baxardım...
Sənsə qaçırırdın gözlərini məndən.
Bilmirdin ki, gözlərində
ürəyini görürdim sən baxarkən.
18-ci baharıma hədiyyə
Bu gün iyulun üçüdü,
Bu gün düz 18 il bundan qabaq
dünyaya göz açdığım gündür.
…Atamın mənə Türkmənistandan
Teleqramla ad qoyduğu gündür
bu gün
"Atasından Turala salam var..."
Bu gün həmin gündür-
iyulun üçüdür bu gün.