manera.az
manera.az

“Yuğ” teatrında “Kitabi-Dədə Qorqud” mövzusunda müzakirə |MANERA.AZ

“Yuğ” teatrında “Kitabi-Dədə Qorqud” mövzusunda müzakirə |MANERA.AZ
Bilik Fondu “Yuğ” teatrında “Kitabi-Dədə Qorqud” mövzusunda mühazirə və müzakirə təşkil edib

Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncamını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bununla bağlı bir sıra tədbirlər həyata keçirir.

Fondun Azərbaycan Dövlət Yuğ Teatrında təşkil etdiyi görüş də bu silsilədəndir.
Teatrda "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşası oynanılıb.

Tamaşadan əvvəl Bakı Slavyan Universitetinin Alman dili kafedrasının müəllimi, filologiya elmləri namizədi Telman Kazımov tamaşaçılara Fridrix fon Ditsin həyat və yaradıcılığı, onun əlyazmanı aşkar edib dünya ictimaiyyətinə çatdırması barədə maraqlı məlumatlar verib.

75 dəqiqəlik “Boy” tamaşasından sonra tədqiqatçının, yaradıcı qrupun və tamaşaçıların iştirakı ilə həm tamaşanın, həm də mühazirənin müzakirəsi keçirilib.
Qeyd edək ki, “Boy” tamaşasının quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Tamaşada Yuğ Dövlət Teatrının aktyorları - əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qorqudşünaslığın 200 illiyi ilə bağlı tədbirləri davam edir.

“Yuğ” teatrında “Kitabi-Dədə Qorqud” mövzusunda müzakirə |MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031