manera.az
manera.az

Dövlət müşaviri Türkiyədə Azərbaycan multikulturalizmindən danışıb MANERA.AZ

Dövlət müşaviri Türkiyədə Azərbaycan multikulturalizmindən danışıb MANERA.AZ

Türkiyənin Bahçeşehir Universitetinin dəvəti ilə bu universitetdə təhsil alan yerli və xarici tələbələrə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda mühazirə oxumaq üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu ölkəyə səfər edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev dinləyicilərə Azərbaycandakı tolerant və multikultural mühit, burada yaşayan azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin unikal modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bugünü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin mədəni-mənəvi, siyasi və hüquqi əsasları haqqında ətraflı informasiya verib.

Dövlət müşaviri həmçinin Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından söhbət açarkən bütün dünyanın mədəni irsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək həyata keçirilən tədbirlərdən söhbət açıb.
Dövlət müşaviri Türkiyədə Azərbaycan multikulturalizmindən danışıb MANERA.AZ
Səfər zamanı dünyanın nüfuzlu universitetləri sırasında yer alan Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüşən Dövlət müşaviri gələcəkdə Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği ilə bağlı işlərdə bu təhsil ocağının yaxından iştirakı müzakirə olunub və universitet rəhbərliyi yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin burada tədrisinə başlamaq istəklərini və bu istiqamətdə reallaşdırılacaq bütün tədbirlərdə yaxından iştirak etmək niyyətlərini bildiriblər.

Bundan əlavə Dövlət müşaviri burada Amerikanın Nyu York Dövlət Universitetinin (SUNY University at Albany) professoru Araş Alaey ilə də görüşüb. Görüşdə Azərbaycan multikulturalizminə böyük maraq göstərən professor Araş Alaeyçalışdığı universitetdə də “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin maraqla qarşılanacağını diqqətə çatdırıb, gələcəkdə bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələr quracağını ifadə edib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031