manera.az
manera.az

Rafiq Yusifoğlunun ilk romanı işıq üzü gördü

📅 02.10.2021 10:23

Rafiq Yusifoğlunun ilk romanı işıq üzü gördü
Əməkdar mədəniyyət işçisi, şair-yazar, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun “Xiffət” adlı yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, müəllifin ilk romanı olan bu əsərin mövzusu Qarabağ hadisələrini özündə əks etdirir.

“Xiffət” romanı Qarabağ hadisələrinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələri özündə birləşdirir.

Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Romanda təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.

Rafiq Yusifoğlunun ilk romanı işıq üzü gördü


Baxış sayı - 856 | Yüklənmə tarixi: 02.10.2021 10:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031