manera.az
manera.az

"Hacı İsgəndər" romanı çap olundu - Foto

📅 02.03.2020 11:03

"Hacı İsgəndər" romanı çap olundu - Foto
Kənan Hacının “Hacı İsgəndər” adlı yeni romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.

Romanda Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.

Kitab Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi tərəfindən “Pergament” nəşriyyatında çap olunub.

Redaktoru İlhamə Hacıyevadır.

"Hacı İsgəndər" romanı çap olundu - Foto


Baxış sayı - 792 | Yüklənmə tarixi: 02.03.2020 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930