manera.az
manera.az

Səyyad Aranın ilk romanı çap olunub

📅 04.06.2020 06:39

Səyyad Aranın ilk romanı çap olunub
Tanınmış yazıçı, ictimai xadim Səyyad Aranın yeni kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, "Başdaşı” adlı kitab "Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Səyyad Aran çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna ən çox yer verən müəlliflərdən biridir.

"Başdaşı” romanında Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr , ön cəbhə, arxa cəbhə, əsir düşmüş torpaqlarımızın , insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər geniş və hərtərəfli əksini tapıb.

Qeyd edək ki, yazıçının "Başdaşı" romanı "Azərbaycan" jurnalının (2020, N2) sayında ilk dəfə oxucuların ixtiyarına verilib.

Səyyad Aranın ilk romanı çap olunub


Baxış sayı - 732 | Yüklənmə tarixi: 04.06.2020 06:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031