manera.az
manera.az

Əjdər Olun yeni romanı çapdan çıxdı

📅 25.11.2019 11:48

Əjdər Olun yeni romanı çapdan çıxdı
Bu günlərdə yazıçı Əjdər Olun "LO" adlı yeni romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "Qanun" nəşriyyatında çap olunan əsəri yazıçı "canlı roman" adlandırıb.

Kitabın redaktorları Əsəd Cahangir, Mahir N.Qarayev, korrektoru Zahir Məmmədlidir. Mətn dizaynı Günay Seyidova, qapaq dizaynı Rafael Qasıma aiddir.

Kitabın üz qabığındakı rəsm Xalq rəssamı Sakit Məmmədovundur.

"LO" romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Bir-biri izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, evlərimizin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi"nə qaynayıb-qarışır. "LO" hər kəsin romanıdır.

Artıq satışda olan kitabı şəhərin müxtəlif yerlərindəki "Əli və Nino" kitab mağazası şəbəkələrindən əldə etmək olar./525.az/


Baxış sayı - 1 074 | Yüklənmə tarixi: 25.11.2019 11:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031