manera.az
manera.az

Şair Əhməd Oğuz vəfat edib

📅 31.08.2021 11:44

Şair Əhməd Oğuz vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Əhməd Oğuz vəfat edib.

Bu barədə Manera.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Ə. Oğuz bu gün səhər saatlarında 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olub.

Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Mərhumun uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Allah rəhmət eləsin!


Baxış sayı - 917 | Yüklənmə tarixi: 31.08.2021 11:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031