Yazıçı-jurnalist Rafiq Hacıyev vəfat edib
![]()
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Qənbər oğlu Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib.
Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
R.Hacıyev bir sıra bədii-sənədli əsərlərin və kitabların müəllifi olaraq da tanınıb.
Milli mətbuatımızın inkişafındakı xidmətləri və kitabları "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul Rza", “Humay”, “Mahmud Qaşqarlı” mükafatlarına layiq görülüb.
Xatırladaq ki, yazıçının unudulmaz tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığına həsr etdiyi “Əhsən sənə, Əhsən!..” portret-roman kitabı 2020-ci ildə “Humay” Milli Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!