Professor Nizami Xudiyev vəfat edib

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.
Manera.az xəbər verir ki, bu barədə onun qardaşı Azər Xudiyev məlumat verib.
Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. 1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru idi. 14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir.
Allah rəhmət eləsin!