manera.az
manera.az

"Ulduz"un may sayında..

"Ulduz"un may sayında..
“Ulduz” jurnalının may nömrəsi işıq üzü görüb.

Manera.az xəbər verir ki, jurnalın bu nömrəsi Tural Adışirinin “Özüylə söhbət və şeirləri” yazısı ilə açılır.

Nəşrin bu nömrəsində Taleh Mansur Ağdamdan “Şükür qayıdış gününə!..” reportajını təqdim edir.

İlqar Fəhmi böyük şairimiz Fikrət Qocanı “Göy kişnər, bulud ağlar...” essesiylə anır.

“Yazı masası”da Xəyalə Zərrabqızının “Musa Dədə, nə gözəl üzlə döndün Tanrının qapısına!!!” adlı çap olunmamış müsahibəsini oxuya bilərsiniz.

“Nəsr” bölümündə oxucuların görüşünə yeni əsərləri ilə Çinarə Ömray, Günel Mehri, Elçin Hüseynbəyli, Tural Sahab, Təranə Vahid, Sadiq Qarayev və Həcər gəlib.

“Şeir vaxtı”nda Şamil Ənvəroğlu, Namiq Hacıheydərli, Xəyalə Sevil, Vaqif Bəhmənli, Zülfiyyə Yaqub və Hafiz Hacxalıl yeni poetik tapıntıların bölüşür.

“Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühalarının qısa fikirlərini təqdim edir.

“Debüt”də Ülviyyə Qəhrəman və Günel Ağayevadır.

Yazıçı Əlabbasın “Dərs” yazısı “Ulduz”un bu nömrəsində yer alır.

“Elegiya”da Fuad Cəfərlinin Xalq şairi Fikrət Qocanın əziz xatirəsinə həsr etdiyi “Səsi uzaqlardan gələn adam” şeiri təqdim olunur.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov “Dünyada əbədi olan bir şey vardir: məhəbbət!..” yazısını təqdim edir.

“Dərgidə kitab”da Ay Bəniz Əliyar “Xarıbülbül” əsəri ilə oxucuların görüşünə gəlib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728