manera.az
manera.az

"Ulduz"un iyul sayı

"Ulduz"un iyul sayı
Jurnalın iyul sayı Səddam Laçının "Özüylə söhbəti...” və şeirləriylə açılır.

Mətanət Vahid "Seyid Əzim Şirvaninin təsəvvüfi dünyagörüşü”ndən yazır. Cəlal Məmmədov "Qısa fikirlər xəzinəsi”ndə nadir fikir adamlarının qısa fikirlərini paylaşır. "Şeir vaxtı”nda Gülay Tarhirli, Musa Urud, Şahanə Müşfiqdir. "Nostalji”də "Meşəbəyinin canavar qonaqlığı” ilə Xəyal Rzadır.

"Təbriz eli”ndən Pərvanə Məmmədli yazır. "Tənqid” rubriklasında Qərənfil Dünyaminqızı "Həyatında da romantik olan...” Hadidən yazır.

"Nəsr”də Elmin Nuri "Suların qələbə pıçıltısı...”nı, Emin Piri "Əyyaş ata”, Almaz Bəyazid "Sevgi vaksini” hekayələrini təqdim edir. Jurnalın bu sayında Seyran Səxavət öz deyimlərini oxucularıyla bölüşür.

Təranə Vahid "Son fəsil” yazısıyla mərhum şairə Fərqanə Mehdiyevanı anır. "Tribuna”da Abid Tahirli "Kıbrıs Türkün gözüdür” yazısını təqdim edir. "Debüt” rubrikasında Qızbəst Sultan, Elvin İntiqamoğlu şerlərini təqdim edir. "Dərgidə kitab”da "Qar balası Qaqa” kitabıyla Sevinc Nuruqızıdır.

Bunlar hamısı deyil, "Tərcümə saatı”, "Ovqat”, "Türk eli” bir-birindən maraqlı yazıları sizə təqdim edir.
"Ulduz”u oxuyun!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031