manera.az
manera.az

2017-ci ilin ilk “Ulduz”u |MANERA.AZ

  2017-ci ilin ilk “Ulduz”u    |MANERA.AZ
“Ulduz”un yanvar sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” ekspert yazısı ilə açılır.

İkinci Mahmud “Özümlə söhbətin mümkünsüzlüyü”nü etiraf etsə də, özüylə söhbət edir və “Bəkir kompleksi” hekayəsini təqdim edir.

“Şeir vaxtı”nda Taleh Mansur, Ay Bəniz Əliyar, Günay Həsənli, Roma Xosrov və Sevincin şeirlərini oxuya bilərsiniz.

“Tənqid”də Vaqif Yusifi “Gənc şairlər, sözüm sizədir” III məqaləsini təqdim edir.

“Nəsr”də Şəhla Aslanın “Quran”, Vüsal Oğuzun “Nisyə” hekayələrini, Əli Şirin Şükürlünün “Dördlük” povestini oxuya bilərsiniz. “Hücrə”də Qəşəm Nəcəfzadə Allahşükür Ağanın yaradıcılığını incələyir.

Əli Hacılı “Salfetə yazılmış hekayə”sini oxucularıyla bölüşür.

“Dərgidə kitab”da “Hər iki dünyanın ən gözəli...” ilə Vaqif Bayatlı Odərdi.

Bunlar hamısı deyil, “Tərcümə saatı”nda, “Məqam”da, “Nostalji”də, “Debüt”də nələr və kimlər var? “Ulduz”u oxuyun!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031