manera.az
manera.az

“Ulduz”un may sayı

📅 05.06.2020 12:04

“Ulduz”un may sayı
“Ulduz”un may sayı işıq üzü görüb.

Manera.az xəbər verir ki, jurnalın may sayı ayrılığıyla sevdiklərinə ayrılıq acısı yaşadan incə ruhlu şairə Fərqanə Mehdiyevanın "Ömür muncuq kimidir, qəfil dağıla bilər...” başlıqlı şeirləri ilə açılır. Və Fərqanənin şeirlərindən sonra Qulu Ağsəsin Fərqanə Mehdiyevanın əziz xatirəsinə yazdığı "Yeddi il və yeddi gün” yazısı oxuculara təqdim olunur.

Cəlal Bəydili "Qısa fikirlər xəzinəsi”ndə nadir fikir adamlarının qısa fikirlərini paylaşır. "Şeir vaxtı”nda Məhsəti Musa, Zahid Sarıtorpaq və Cavid Fərzəlidir.

"Türk eli” Türk yazıçısı Bəxtiyar Aslanın "Nəqliyyat” hekayəsini Aslan Quliyevin, İmdat Afşarin "İtmiş bahar nərgizi” hekayəsini Təranə Vahidin çevirməsində oxuculara təqdim edir. "Nəsr”də Rövşən Yerfinin hekayəsi, Günəl Mehrinin və Sadiq Qarayevin essələri yer alır. Müasir fars şeirindən seçmələr tanınmış imzaları təqdim edir.

"Debüt” El Romanın şeirlərini təqdim edir. Elnarə Qaragözova "Tribuna”da "Kafkanın "Proses”ində paradolalardan danışır. Əkbər Qoşalı "Karantin dövrünün iki şeiri”ni oxucularla bölüşür. "Tərcümə saatı”nda Afaq Şıxlı yakutiyalı yazıçısı Nikolay Luqinovun "İldegis haqqında əfsanə”sini, Sevil Gültən amerikan yazışısı Ralf Henri Barbourun "Ölüm yatağında etiraf” hekayəsini oxuculara təqdim edir. "Dərgidə kitab”da "Ömür” əsəriylə Günel Natiqdir.

“Ulduz”un may sayı


Baxış sayı - 998 | Yüklənmə tarixi: 05.06.2020 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031