manera.az
manera.az

Yeni ədəbi qurum fəaliyyətə başlayır - Açıqlama

📅 30.05.2021 13:54

Yeni ədəbi qurum fəaliyyətə başlayır - Açıqlama
İyunun 1-dən "Nar çiçəyi" ədəbi məclisi fəaliyyətə başlayır.

Bu barədə məclisin rəhbəri yazıçı Narıngül Nadir məlumat verib.

Onun sözlərinə görə, məqsəd bədii yaradıcılığı, ədəbi zövqü, düşüncəsi bir-birinə yaxın olan yazarları bir araya toplamaq, ədəbi müzakirələr, görüşlər keçirmək, fikir mübadiləsi aparmaqdır: "Hələ pandemiya dövründən əvvəl bu ideya barəsində düşünmüşdük. Virtual məkanda olan müzakirələri canlı mühitə gətirmək, obyektivliyi qorumaq və düzgün dəyərləndəndirmə aparmaq istəyi bu ideyanın yaranmasına səbəb oldu.

Məclisdə daha çox əsərlərin müzakirəsinə yer veriləcək. Məclis üzvləri təqdim olunan şeir, yaxud nəsr əsəri haqqında öz fikirlərini bildirəcək, əsərlərin təhlilində iştirak edəcəklər".

Narıngül Nadir deyib ki, pandemiya ilə əlaqədar "Nar çiçəyi"nin tədbirləri açıq havada, sosial məsafəni gözləməklə, məhdud sayda iştirakçı ilə keçiriləcək: "Tədbirlərimizi hələlik həftədə bir dəfə keçirməyi planlaşdırmışıq. Məclisdə müəyyən çərçivədə istedad və yazı bacarığı nəzərə alınmaqla, bütün yazarlar iştirak edə bilər".


Baxış sayı - 691 | Yüklənmə tarixi: 30.05.2021 13:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031