manera.az
manera.az

İdarəetmə, tədris və tərbiyə işlərinin məsafədən təşkili

İdarəetmə, tədris və tərbiyə işlərinin məsafədən təşkili
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar idarəetmə, tədris və tərbiyə işlərinin məsafədən təşkili

Dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası təhsilin məzmununa və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxarmış, distant təhsili zərurətə çevirmişdir.

Bütün təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də 2020-ci ilin mart ayının 3-dən idarəetmə, tədris və tərbiyə işləri onlayın platforma üzərindən həyata keçirilməyə başlanmışdır. Ötən müddət ərzində məktəb rəhbərliyi və pedaqoji kollektivin üzvləri bu sahədə xeyli iş görə bilmişlər.

Müəllimlər skype, WhatsApp qrupları, “Zomm” proqramı, “Virtual məktəb”, “Microsoft Teams” platforması üzərindən tədrisi davam etdirmişlər. İlin sonuna kimi onlayn qaydada yüzlərlə dərs keçilmiş, dərs materialı paylanmış və tapşırıqlar verilmişdir.

Bu işdə Ş.Məmmədli, N.Süleymanova, X.Heydərova, S.Möylamova, A.Atakişiyeva, S.Heydərova, B.Qasımova, İ.Vahabova, P.Əhmədova, A.İsayeva, V,Qurbanova və digər müəllimlər daha çox fərqlənmişlər. 7 nəfər müəllim pandemiya dövründə səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən təltif olunmuşdur.

Müəllimlər, xüsusən sinif rəhbərləri tərəfindən uşaqların “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişlərini (teledərsləri) izləməsi üçün ardıcıl təşkilati işlər aparılmışdır. Valideynlərlə müntəzəm telefon əlaqəsi təmin olunmuş, onlar uşaqların teledərsləri izləmələrinə nəzarət etməyə səfərbər olunmuşlar.

IX və XI siniflərdə buraxılış və qəbul imtahanları ilə əlaqədar da məsafədən bir sıra tədbirlər həyata keçirilmişdir. Sinf rəhbərləri V.Qurbanova və İ.Vahabova tərəfindən IX və XI sinif şagirdləri ilə karantin qaydalarının şərtləri ciddi şəkildə gözlənilməklə fərdi görüşlər keçirilmişdir. Şagirdlərə imtahanların forması, proqramlardan çıxarılmış mövzular barədə məlumat verilmiş, onların WhatsApp ünvanlarına karantin şəraiti ilə əlaqədar imtahanların necə keçiriləcəyi (gözləmə, daxilolma, yoxlanma və s.) barədə videoçarxın linki göndərilmişdir. IX və XI sinif şagirdləri ilə həmçinin onlayın sınaq imtahanları təşkil olunmuşdur. Uşaqların DİM-in www.otk.az internet səhifəsində təşkil olunan pulsuz sınaq imtahanlarında iştirakları, əsasən, təmin olunmuşdur.

Məktəbin psixoloqu L.Sadıqova, UB rəhbəri Z.Əliyeva və tərbiyə işləri üzrə direktor müavini R.Muğumova koronavurus (COVİD-19) pandemiyası dövründə evdə qalan şagirdlərin və onların valideynlərinin psixoloji dəstəyə ehtiyacının zərurliyini nəzərə alaraq uşaqlarla fərdi görüşlər keçirmiş, psixoloji maarifləndirmə, konsultasiyalar və psixoprofilaktik işlər aparmış, bəzi şagirdlər üçün psixokorreksiya işləri təşkil etmişlər.
İdarəetmə, tədris və tərbiyə işlərinin məsafədən təşkili
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar karantin dövründə şagirdlərlə aparılan tərbiyə işləri də diqqətdən kənarda qalmamışdır. Onlarla xeyli sayda onlayn tərbiyəvi tədbirlər təşkil edilmişdir.

Pandemiya ilə əlaqədar karantin dövründə dil-ədəbiyyat müəllimləri V.Qurbanova, A.F.Atakişiyeva, A.M.Atakişiyeva və kitabxanaçı H.Ağayevanın təşkilatçılığı ilə “Evdə qal, mütaliə et, sağlam ol” devizi ilə “Mütaliə aylığı” və müsabiqə keçirilmişdir. Müsabiqə qalibləri onlayın səsvermə ilə müəyyən olunmuş, onların mükafatlandırılması nəzərdə tutulmuşdur.

Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı onlayn tədbir də yüksək səviyyədə keçmişdir. Tədbirdə şagirdlər yüksək fəallıq nümayiş etdirmişlər.

Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar şeir və rəsm müsabiqələri təşkil olunmuşdur. Şagirdlər arasında onlayn “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turu keçirilmiş, XI sinif şagirdi R.Hüseynova bu müsabiqənin rayon turunda uğurla çıxış etmişdir.

Şagirdlərimiz Oğuz RTŞ-nin “Evdə qal, evdə yarat” devizi ilə keçirdiyi onlayın hekayə və rəsm müsabiqələrinə də həvəslə qoşulmuş və uğurla iştirak etmişlər.

Uşaqlar müəllim Ş.Məmmədlinin rəhbərliyi ilə Türkiyədə təşkil olunan “e Twinning” layihəsi olan “Harten öte kadın” layihəsində onlayn qaydada uğurla iştirak etmiş, onlardan iki nəfərin (VII sinf şagirdi R. Tağıyeva və IX sinif şagirdi O.Səfərov) şeirləri Türkiyədə çap olunmuş kitaba daxil edilmişdir.

28 May Respublika Günü münasibəti “Səni tərənnüm edirəm, Azərbacan” devizi ilə onlayn şeir müsabiqəsi də maraqlı olmuş, uşaqların köməyi ilə animasiya filmi hazırlanmış və virtual sərgi keçirilmişdir.

Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş əl işlərinin onlayın sərgisi keçirilmiş və video çarxlar hazırlanmışdır.

Onlayın tərbiyəvi tədbirlərin təşklində sinif müəllimləri G.Qasımova, S.Heydərova, X.Heydərova, B.Qasımova, tarix müəllimi Ş.Məmmədli, təsviri incəsənət və texnologiya müəllimi P.Əhmədova, dil-ədəbiyyat müəllimləri V.Qurbanova, A.F.Atakişiyeva və A.M.Atakişiyeva, ingilis dili müəllimi A.Allahverdiyeva, kimya müəllimi İ.Vahabova daha çox fəallıq göstərmişlər.

Karantin dövründə idarəetmə ilə əlaqədar bütün işlər onlayn qaydada təşkil olunmuşdur. Bunun üçün “Zomm” proqramı, “Virtual məktəb” platforması, müəllimlərin WhatsApp qrupunun imkanlarından səmərəli istifadə olunmasına səy göstərilmiş, icrası tələb olunan bütün normativ sənədlər, tapşırıq və göstərişlər barədə buradan məlumat verilmişdir. Bu dövrdə 2 dəfə onlayn pedaqoji şura, 4 dəfə onlayn təlimatı müşavirə, 1 dəfə valideynlərlə onlayn toplantı keçirilmişdir.

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar karantin dövründə görülmüş bütün işlər məktəbin, xeyli qismi isə Oğuz RTŞ-nin rəsmi facebook səhifələrində paylaşılmışdır.

İmran VERDİYEV,
Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına
tam orta məktəbin direktoru, Əməkdar müəllim

İdarəetmə, tədris və tərbiyə işlərinin məsafədən təşkili






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031