manera.az
manera.az

Hər axşam, hər səhər sevirəm səni - Şeirlər

Hər axşam, hər səhər sevirəm səni - Şeirlər
“Tanıyaq – tanıtdıraq” rubrikasından...

Həmid Mücavir


QANADLI FİKİRLƏR

Bir küncə zilləyib nəzərlərimi,
Xəyallar içində yol gedirəm mən.
Beynimdə düşüncə, əlimdə qələm,
Fikrimi kağıza dəfn edirəm mən.

Mən o fikirləri qeyd edirəm ki –
Yaddaş unudanı kağız unutmur.
Fikrim qanadlıdır, gecələr uçur,
Səhərlər fikrimi qanad uçurtmur.

Ötən çağlarıma uçsam gecələr,
Fikirlər qüssədə boğula bilər.
Sağlam düşüncəylə fikirləşəndə
Fikirdən fikirlər doğula bilər.

Ön üç saniyəlik göz qırpımında
Cismin alaovlandı fikirlərimdə.
Qələmim sərf edən mürəkkəb ilə
Kağız qidalandı fikirlərimdə...

KƏDƏRLİ DÜNYA

Eşitsə dağılıb məhv olar dağlar,
İçimdə çəkdiyim ahımı mənim.
Kişiyəm... içimə ağlayıram mən,
Göz yaşı isladır ruhumu mənim.

Ruhuma ələnən bu yaşlarımla,
Kədərli dünyada batıb gedirəm.
Torpaqda çürüyüb sümük olmağa,
Narahat tabutda yatıb gedirəm.

Yatsam da torpaqda, azad ruhumla
Hey cənnət adlanan bağa çıxıram.
Qalxıb zirvəsinə, sənə baxmağa,
"Sinəmə çəkdiyin dağa çıxıram".

Çəkdiyin acılar yandırdı məni,
Közümdən alışıb barı yanmadın...
Gözümə baxmadı, mənə verdiyin
Dərdlərin utandı, sən utanmadın.

Zəhərdən acısan, baldansa şirin,
Ey dünya... Beynimdə dumansan, çənsən.
Yazdığım kədərli şeirlərimin
Yazanı mənəmsə, səbəbi sənsən.

AY AFƏT

Məhəbbət bağında olsa sədaqət,
Sevib-sevilənlər tapar səadət.
Səni sevdiyim tək sevməyib məni,
Sevgimə vermədin dəyər, ay afət.

Sevib-sevilməyə cəsarət etdim,
Sevgiyə inanıb qəbahət etdim?..
Mən sənə qəlbimi əmanət etdim,
Sənsə əmanətə edib xəyanət,
Sevgimə vermədin dəyər, ay afət.

Bax o əmanəti axtaracaqsan,
Keçmişi düşünüb ağlayacaqsan...
Diz çöküb önümdə yalavaracaqsan,
O vaxt biləcəksən özün nəhayət,
Sevgimə vermədin dəyər, ay afət.

Bilməzdim bu sevgi bizi yoracaq,
Yazda açan güllər yazda solacaq...
Zalım dünya dağılsa da, qalacaq
Həmidin qəlbində bu saf məhəbbət,
Sevgimə vermədin dəyər, ay afət.

SEVİRƏM SƏNİ

Elə ilk baxışdan aşıq olaraq,
Eşqə verib dəyər sevirəm səni.
Ömrün azalsa da böyüdü sevgim,
Hər axşam, hər səhər sevirəm səni.

Sevgimi hayqırdım bütün dünyaya,
Külək tək yayıldı səsim səhraya...
Səmada süsərək endi dəryaya,
Eşitdi göy Xəzər, sevirəm səni.

Demə məhəbbətin kədəri yoxdu,
Kədərin bu eşqdən xəbəri yoxdu...
Mənim ki sevgimin qədəri yoxdu,
Yer qədər, Göy qədər sevirəm səni.

Həmidin şeiri, qəzəli sənsən,
Ey gözəl, qəlbimin özəli sənsən.
Nə olsun dünyalar gözəli sənsən,
Lap olsan eybəcər sevirəm səni.

Elman Tovuzun təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031