manera.az
manera.az

Hamı ölümə tələsir

📅 29.12.2017 13:49

Hamı ölümə tələsir



Manera az gənc şair İsa Şirinovun şeirlərini təqdim edir:

Tələsir

Əlimdə məktub zərfi
İçində qırıq ürək.
Onu aparır külək
Sevgilimə,tələsir

Sevirəm demək üçün
Məktubum ünvanına
Ayaq onun yanına
Söz dilimə tələsir

Gedirəm görmək üçün
Metronun çıxışına
Baxışım baxışına
Əl əlimə tələsir

Çox günahkar bəndələr
Ölməyi məqsəd edib
Allah cənnət vəd edib
Hamı ölümə tələsir…


Sənə gəlirəm Allah!

Mənə maraqlı deyil
Ömrümün harasıdır
Çöldəki hava əsl
İntihar havasıdır

İp hazırdı tavanda
Stola çıxmaq qalıb
Görəsən intihara
Neçə darıxmaq qalıb?

Ətrafımdan xəbərsiz
Ölməyin öz yeri var
İntihar kəndirindən
Hər otaqda biri var

Çıxan günəşdi,yoxsa
Rəngimin sarısıdır?
İntiharı düşünmək
Etməyin yarısıdır

Dəli olmuşam nədi
Niyə gülürəm,Allah
Vaxtın olsa görüşək
Sənə gəlirəm,Allah

İpə ağırlıq salır
Çiynimdəki günahlar
Gedirəm bəlkə orda
Allah mənə gün ağlar


Xərçəng xəstəsi uşağın dilindən

Xəstəlik ölümdən xəbərsiz gəlib
Zarafat eləyir,böyük-kiçiklə
Gərək soruşaydım sağalanlardan
Necə bacarırlar bu xəstəliklə…
Məndən güclü imiş bu sindromlar
Bükür biləyimi,belimi əyir
Uzun yoldan gəlib,aclığı da var
Hər gün dayanmadan ömrümü yeyir…
Gözlərim qaralır günorta vaxtı
Biraz çətinliklə nəfəs alıram
Hərdən ayağlarım sözümə baxmır
Beləcə zamandan geri qalıram …
Əziz dostlarımın içində mənim
İnanma dərdimə şərik tapılsın
Anam hər namazda dua eliyir
Bədənimə uyğun iliy tapılsın…
Başımı aldatdı həkimlər mənim
Dedilər dərmanın yoxdur ziyanı
Saçımı darayıb yuxuya getdim
Oyanıb soruşdum:" saçlarım hanı?"
Yan palatadakı ölən oğlanın
Anası deyir ki,-şükr elə sağsan
Hələ bir yalandan ümid də verir
Saçların çıxanda sağalacağsan…


İsa Şirinov


Baxış sayı - 2 332 | Yüklənmə tarixi: 29.12.2017 13:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031