manera.az
manera.az

Ölüb, diriləsən yatdığın yerdə - Şeirlər | MANERA.AZ

Ölüb, diriləsən yatdığın yerdə - Şeirlər | MANERA.AZ
Müşviq Cəbi

***
Ölüb, diriləsən yatdığın yerdə,
Üstündə bir yuxu yozanın ola.
Deyirəm, yuxuda gördüklərini,
Götürüb, alnına yazanın ola.

Daha gözlərimin gecə vaxtıdır,
Daha gəncliyim də düşübdür taxtdan.
Dağılıb bu ömrün qara saçları,
Açılıb taleyin yaxası çoxdan.

Elə kar olmuşam mən bu həyata,
Çatmır qulağıma avazın, Allah.
Mən ayaq üstündə çoxdan olmüşəm,
Nəsə düz çıxmadi bu yazın, Allah.

***
Hələ gediləsi nəcə sabah var ,
Dünəndə saxlayaq elə dünəni.
Gedirəm özümden düş arxamca gəz
Özümə gəlincə harayla məni .

Bir az dabanımı torpağa basdır,
Bir az saçlarımı buluda bağla
Üzü aşağıya səsimi dinlə,
Üstümə qışqıran sükuta ağla.

Bütün bu yolları döndər üstümə,
Mən sənə gəlməyə yol tanımayım.
Məni elə yaşat sənsizliyində,
Bircə yol ölməyə yol tanımayım.

***
Gecəsi üstünə çökmüş səhərəm,
Bir daha qızarmaz dan yeri məndə.
Səni axtarmağa gedirəm, gülüm,
Axtarma tapmazsan can yeri məndə.

Özümdən içəri gedirəm, çəkil,
Əriyib qanıma qarışım təki...
Sən də gəl üstümdə elə ağla ki,
Zərrə də qalmasın qan yeri məndə.

Qarışıb gecəyə çəkdiyim bu ah,
Yaman çox gecikir bu gələn sabah.
Sənə də bir canlıq borcum var, Allah,
Onu da gəl alıb yan yeri məndən.

***
Çarpayını astaca çırp,
Balıncına diqqətlə bax,
Bəlkə bir az yuxu qalıb,
Gəlim bir az dincəlməyə.

Otağının boşluğunda,
Divarların küncünə bax.
Bəlkə bir az nəfəs qalıb,
Qoy gəlim bir az dərməyə.

Bəlkə indi təksən evdə,
Divardakı rəsminə bax,
Azacıq sevgin qalıbsa,
Qoy gəlim bir az sevməyə.

Üzündəki qırışı cırp,
Başını bir az qırışdır,
Arada saata da bax,
Bəlkə bir az vaxtin qalıb,
Qoy gəlim sizdə ölməyə.

***
Uzaqdan çağır məni,
Bürünüm qoy səsinə.
De ki, sevirəm səni,
Sarılım nəfəsinə.

Qovsan məni qəfildən,
Gözlərinin içindən.
Yaşamağa yer saxla,
Kipriyinin ucunda.

Qalmağa bir yer də yox,
Ömrün yad ölkəsində.
Gedək, yerimizi sərək,
Günəşin kölgəsində.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031