manera.az
manera.az

Hər gecə qandallanır ürəyim darıxmağa... -ŞEİR | MANERA.AZ

📅 24.09.2016 22:43

Hər gecə qandallanır ürəyim darıxmağa... -ŞEİR | MANERA.AZ
Qismət Rüstəmov

Əvvəlcə axşam düşər, sonra mənim ürəyim...
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi...
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevda testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım ?
Əllərimdə darıxır əllərinin boş yeri...

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa...
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa...

əvvəlcə axşam düşür, sonra mənim ürəyim...


Baxış sayı - 4 018 | Yüklənmə tarixi: 24.09.2016 22:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930