Azərbaycanda yeni teatr yaradıldı
Gəncə şəhərinin ilk müstəqil teatrı təsis olunub.
Manera.az xəbər verir ki, yeni yaranmış "dAo Teatrı" 14 fevral 2021-ci il tarixində elan olunub.
Teatrın media koordinatoru Emina İsayevanın verdiyi məlumata görə, dAo Gəncədə yaranan ilk müstəqil teatr - laboratoriyadır.
Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur.
“Fevralın əvvəli Gəncədə seçim turu olub və seçimə 30 nəfərdən çox insan qatılıb. Onlardan 11 nəfəri teatra seçilib”, - deyə E. Bədəlov bildirib.
Logo və vizualların müəllifi teatrın musiqi tərtibatçısı və dizayneri Toğrul Hacıyevdir. Teatrın rəssamı Aliyə Qasımova, səhnə danışığı Elgün Mahmudov, satış meneceri Rövşən Quliyevdir. Teatrın strukturu formalaşmağa davam edir.
Teatrın qurulması və ilk tamaşanın hazırlanmasına Azərbaycan ADO Teatrı, ABŞ-ın Azərbaycandakı səfirliyi və Art Garden Gənjə Art Space tərəfindən dəstək verilib.