manera.az
manera.az

Mingəçevir Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

📅 13.05.2017 01:18

Mingəçevir Teatrı  Beynəlxalq Teatr Festivalında iştirak edəcək


Mingəçevir Dövlət Dram Teatrı may ayının 14-dən - 19 -dək Türkiyənin Giresun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Mingəçevir Dövlət Dram Teatrı festivalda İlqar Fəhminin "Son reportaj" adlı tamaşasını nümayiş etdirəcək. Səhnə əsərinə tanınmış rejissor,ADGGT-nın baş rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Qeyd edək ki, İ.Fəhminin bu pyesi ilk dəfə Mingəçevir Dövlət Dram Teatrında hazırlanıb və bu teatrın yaradıcılarından sayılan əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovun sənət benefisinə çevirilib. Tamaşanın rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulova məxsusdur. Təyyar və Seymur rollarını isə teatrın gənc aktyorları Asim Əmirov və Firuz Hacıyev ifa edib.

Turan Etibaroğlu
MANERA.AZ


Mingəçevir Teatrı  Beynəlxalq Teatr Festivalında iştirak edəcək






Baxış sayı - 1 342 | Yüklənmə tarixi: 13.05.2017 01:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031