manera.az
manera.az

ƏSA Teatrından yeni tamaşa gəlir– “Adamlar və siçanlar”

📅 07.08.2017 14:57

ƏSA Teatrından  yeni tamaşa  gəlir– “Adamlar və siçanlar”


Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.

Teatrın baş meneceri Nicat Qulam Manera.az saytına verdiyi məlumat görə, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq.

Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.

Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilmişdir. Nəinki ölkəmizdə, öz fəaliyyətinə görə hətta hazırda dünyada da yeganə teatrdır. Qısa zamanda yaranmasına baxmayaraq teatr artıq iki fərqli tamaşa təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 328 | Yüklənmə tarixi: 07.08.2017 14:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031