manera.az
manera.az

Daha bir müstəqil teatr təsis edildi - MANERA.AZ

Daha bir müstəqil teatr təsis edildi - MANERA.AZ
manera.az
Oda Teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib.

Teatr rəhbəri ölkə mədəniyyətinə daha bir yenilik gətirmək üçün ADO adlı teatr açdığını deyib.

Onun sözlərinə görə, yeni teatrın yaxın günlərdə açılışı da olacaq: “Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq”.

Yeni yaranan ADO Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: “Oda Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən ODA-ya da alternativ olacaq. Çünki bu teatrın öz xətti, özünəməxsus tamaşaları olacaq ki, bu da Azərbaycanda bir ilkdir. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində daxil ola biləcək. Biz qabaqcadan elan edirik ki, ADO-ya gələnlər istənilən hadisə ilə qarşılaşa bilərlər. Bu baxımdan səhifəmizdə teatr haqda yayacağımız elanları diqqətlə izləsinlər. Eyni zamanda yeni teatr yaratmaqla ölkədə müstəqil teatr ənənəsi formalaşdırmaq istəyirik. İndi artıq təkcə ODA yox, onunla bərabər ADO teatrı olmaqla ölkədə 2 müstəqil teatr olacaq. Həm də müstəqil teatrlar arasındakı rəqabət ODA-nın da inkişafına kömək edəcək".

Qeyd edək ki, ADO teatrının qurulmasına sentyabrın 1-dən start verilib. Yeni teatrın yaranmasında artıq 3 ildir fəaliyyət göstərən ölkənin ilk və yeganə müstəqil teatrı olan ODA-nın dəstəyi olub. Elə bu səbəbdən də yeni teatrın adı ODA Teatrının adının tərsinə olaraq ADO qoyulub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031