manera.az
manera.az

“Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək / MANERA.AZ

📅 28.10.2015 14:24

 “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək / MANERA.AZ
Aygün Səmədzadənin sənət gecəsi keçiriləcək

Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin “Biri varmış biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.

MANERA.AZ-ın məlumatına görə, dekabrın 1-i Heydər Əliyev sarayında baş tutacaq konsertdə respublikanın bir çox tanınmış musiqi xadimləri iştirak edəcək. Sənət gecəsində bəstəkarın populyar mahnılarıyla yanaşı, bir sıra simfonik əsərlərinin və xoreoqrafik nömrələrin olacağı gözlənilir.

Konsertdə iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.

Qeyd edək ki, konsert fərqli və maraqlı səhnə tərtibatı, ssenarisi ilə diqqət çəkəcək.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.


Baxış sayı - 1 726 | Yüklənmə tarixi: 28.10.2015 14:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031