manera.az
manera.az

Tanınmış pianoçu konsert verəcək | MANERA.AZ

📅 28.10.2015 10:25

Tanınmış pianoçu konsert verəcək | MANERA.AZ

Noyabrın 1-də “Bakı Beynəlxalq Caz Festivalı – 2015” çərçivəsində Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz triosunun konserti keçiriləcək.

Elçin Şirinov bildirib ki, konsert Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Konsertdə pianoçunu kontrabasda italiyalı musiqiçi Andrea Di Biase, zərb alətlərində isə ingiltərəli Jon Scott müşayiət edəcək.

Konsertdə dahi bəstəkarlar Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri, Azərbaycan xalq mahnıları və Elçin Şirinovun kompozisiyaları səslənəcək.

Tamaşaçılara Azərbaycan milli musiqisi ilə caz sənətinin incə və ritmik çalarlarının sintezindən ibarət konsert təqdim olunacaq.


Baxış sayı - 1 896 | Yüklənmə tarixi: 28.10.2015 10:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930