manera.az
manera.az

Ayrılığa gedən yol...

Ayrılığa gedən yol...
Bəzən cütlüklərdən biri digərinə "ayrılaq" deyəndə, qarşı tərəf çaşbaş qalır. Düşünür ki, "birdən-birə nə oldu, niyə belə qərar verdi, axı, aramızda hər şey gözəl idi". Həqiqətən də o günə qədər hər şeyin qaydasında olduğunu və qopuşun anidən baş verdiyini fikirləşirlər. Amma elə deyil. O qərar verilənə qədər münasibətdə dəfələrlə həyəcan təbili çalınır, dəfələrlə ayrılıq "bax ha, mən yaxınlaşıram" deyir. Necə? Oxuyun!

İlk təbil həyəcanın bitişi ilə çalınır. Ürəyiniz əvvəlki kimi həvəslə döyünməyi dayandırır. Bir-birinizə toxunuşun kökünə öhdəlik, məcburiyyət yerləşir. Aranızda baş verən hər hansı bir yenilik qəlbinizi sevindirmir. Bu dönəm ayrılığın ilk siqnalıdır, amma bərpası mümkündür. Təbii ki, həqiqətən də içində olduğunuz münasibətin uçurumdan aşağı düşüb məhv olmağını istəmirsinizsə.

Buxarlanan həyəcanın ardınca monotonluq gəlir. Günlər bir-birini təkrarlayır. Xəbərləşmələr, danışıqlar azalır. Hərə öz dünyasına çəkilir, "nə olacaqsa, olsun" deyirlər. Nəticədə münasibət cığırından çıxır. Halbuki bir az eneri sərf etməklə monotonluqdan qurtulmaq mümkündür.

Monotonluqdan çıxa bilməyənlərin qapısını tezliklə can verən maraqlar döyür. Bu zaman tərəflər bir addım da geri atırlar. Artıq münasibətlərinin tükəndiyini, bir-birlərini boğduqlarını, zövq alacaq heç nə qalmadığını fikirləşirlər. Bu düşüncə dərinləşdikcə insanın yalnızlığı böyüyür.

Növbəti mərhələ vecsizlikdir. Bax bu mərhələdə təlaşlanmağa dəyər. Çünki ayrılığın təməli bu nöqtədə atılır. Artıq qarşı tərəf üçün barmağınızı belə tərpətmək istəmirsiniz. Aradakı tellərin öz-özünə qırılacağı anı gözləyirsiniz. Vecsizlik başlayanda münasibəti xilas etmək çətinləşir.

Vecsizlik özü ilə birlikdə ayrılığı gətirir. İlk ayrılığı yaşadığınız an münasibət də bitmiş sayılır. Təbii ki, ilk ayrılıqdan sonra geri dönmək, barışmaq, ağlamaq, yalvarmaq, yenidən birləşməklərin dönəmi başlayır. Ayrılıq ciddi məsələdir. Bir dəfə bunu dilə gətirirsinizsə, qərar vermisinizsə, reallaşdırmalısınız! Çünki ayrılığı dəyərsizləşdirmək olmaz. İnsan bu hissi ölüm kimi yaşayır, yas saxlayır. Mütəmadi tərk edib, geri qayıtmaq ayrılığı hörmətdən salır, ciddiyyətini öldürür.

Sonra araya şübhə girir, başlayır tərəfləri içəridən qurd kimi yeməyə. Hələ əgər qadın şübhəyə düşürsə, bu, lap fəlakətdir, savaş açmayınca, qırıb dağıtmayınca, qan çıxartmayınca əl çəkmir. Ümumiyyətlə, şübhə münasibətin məhvi deməkdir.

Təbii ki, şübhəyə rəğmən ayrılıq baş tutmayıbsa, bu dəfə təşrif buyuran güvənsizlik olur. Əlində sübut olmaya bilər, amma şübhə altdan-altdan güvənsizlik hissini dalayaraq ayağa qaldırır. Heç kim güvənmədiyi insanla normal münasibət qura bilməz. Ən yaxşısı budur ki, güvənsizlik ortalıqda görünməyə başlayan kimi şələ-küləni yığ, qaç. Yoxsa ağlasığmaz fikirləri düşünməkdən, qurdalamaqdan bütün sinir sistemin iflic olacaq.

Bütün bunları yaşayıb hələ də ayrılmamısınız? O zaman "məsafəni" qarşılamağa hazırlaşın. Çünki sadaladığım mərhələlərin ardınca məsafə başlayır. Bu məsafələr bir növ ayrılıq hazırlıqlarına xidmət edir. Məsələn, "bir neçə gün danışmasaq yaxşıdır", "bir müddət görüşməyə ara vermək ikimizin də xeyrinə olacaq" kimi təkliflər gəlir. İlk ayrılıq danışığını görəsən, kim edəcək deyə-deyə gözünüz bir-birinizin ağzının içinə dikilir.

Sonra qərarsızlıq başlayır. Getməklə qalmaq arasında o qədər var-gəl edirsiniz ki, sanki dünyanın o başından, bu biri başına qədər yol qət etmiş kimi yorğun düşürsünüz. Alışdıqlarınız, illəriniz gözünüzün önünə gəlir. Qorxular başlayır. Tərəddüd edirsiniz. Amma bilirsiniz ki, artıq bir saniyə belə qalmaq olmaz, getmək vaxtıdır. Nə qədər günü-günə satsanız da, bundan qaçış mümkün deyil.

Bütün bu keşməkeşlərdən sonra ayrılıq gəlib yuxarı başa keçir. Buraya qədər yaşadığınız sancıların, əzabların qat-qat çoxunu yaşayacağınız bir dönəmə girirsiniz. Bir daha görüşmürsünüz, bir daha sevişmirsiniz, bir müddət sonra da bir-biriniz üçün yekə bir heçə dönürsünüz. Sonra hər şey kimi, hamı kimi O da unudulub gedir. /525.az/

Türkan TuranБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031