manera.az
manera.az

Kəramətin xəyanəti - "məmurlayam..." – MANERA.AZ

Kəramətin xəyanəti - "məmurlayam..." – MANERA.AZ
Çinarə Ömray, Kəramət

Kəramət Böyükçölün «Millli Məclis» hekayəsi haqda düşüncələrim...

Mənimçün yazarın dil üslubu hər zaman maraqlı olub. Kəramətin bütün yazılarını həvəslə oxuyuram. Çünki onun hekayələri adamla söhbət edir sanki. Hansısa mürəkkəb söz birləşmələrindən, ədəbi terminlərdən falan istifadə etmir. Və fikrini bir az ironik, bir az da sadə dillə oxucuya çatdırır.

Bu dəfə Kəramətin “Milli Məclis” hekayəsini oxudum. Hekayəni oxumadım qısa bir filim izlədim, desəm yanılmaram.

Hekayədə müəllif bir çox mətləblərə toxunub. Və sətiraltı bir neçə mesaj da çatdırıb. O dövrün məmur və vətəndaşını ifadə edib. Bir də gəncliyi. Həqiqətən də insanın daxilində bütün hisslər var. Qürur da, yaltaqlıq da, mütilik də. Lakin zamanı və yeri gəldikdə qeyri ixtiyarı bu hisslər qabarıq ifadə olunur. Hekayədə məmurların xalqa, millətə, vətənə necə baxmaları da açıq ifadə olunub. Onlar üçün Bakı sadəcə oturduqları yerdən görünən gözəl mənzərədən, şüşəli binalardan və göz gəzdirdikcə uzanan, bəzən sakit, bəzən də əsib coşub ləpələrini var gücüylə sahilə çırpan Xəzərdən ibarətdi. Onlar Bakını belə görürlər. Onlar üçün günün reallıqları görsənməzdi. Qarşısında oturan gəncin qonşu dükana 5 manat borcu olduğunu, hər dəfəsində bu pula görə necə əziyyət çəkdiyini bilsəydi bəlkə də gülərdi həmin məmur.

Maraqlısı odur ki, o bina, o otaq sanki sehrlənib. Ora girən adı yoxsul bir vətəndaş da həmən o sehrin təsirinə, cazibəsinə düşür və bütün problemlərini unudub var gücüylə vəzifəlinin xoşuna getmək üçün səy göstərir. Hətta özü özünü alçaltmağın fərqində olduğunu anlayıb da özünə haqq qazandırmaqdan çəkinmir. Bu belə olmalıdır…

Müəllif bu yazıyla nəinki məmuru, hətta qələm sahibi olan, düşünə bilən, yaza bilən, sözünü deyə bilən bir gəncin də bəzən amansız qaydalar qarşısında aciz qaldığını ifadə edib. Çünki o gah valideyinini, gah ailəsini düşünmək məcburiyyətindədir…

Məmurun danışdığı bütüb cəfəngiyyatları diqqətlə dinləyir, hətta ondan savadlı və bilgili olduğunun da fərqindədir. O qədər savadlı ki, lazım gəlsə onun cünlə qurluşunda da yüz səhv tutar. Ancaq bütün bunların fərqində ola-ola yenə də susmağa, gülümsəməyə məcbur olduğunu da bilir. Buna görə özü-özündən utanır da, özünü qınayır da. Amma yenə də bir tərəfdən ondan sanki aslı olduğunu anlayır. O bunu anlaya-anlaya gülümsəyir, məmur isə özündən danışa-danışa özünün yaxşı, işgüzar, dövləti sevən, onun üçün işlər görən biri kimi özünü gənc qələm sahibinə tanıtmağa can atır. Daha dəqiq desək, özünü yaxşı insan adıyla gəncliyə sırıyır. Gənc isə bunun belə olmadığını açıq şəkildə bilə-bilə özünü “axmaq” yerinə qoyub inanır və qıraqdan özünə, düşdüyü vəziyyətə baxıb özünə nifrət edir.

Mən bu hekayyəni oxuduqca bir anlıq ağlımda belə bir fikir yarandı; Sanki kiçik bir insan ayrı bir dünyaya düşüb və bu dünyada bütün insanlar ondan dəfələrlə böyükdürlər. Amma bu kiçin insanın daxili aləmi və beyni bu böyüklərdən dəfələrlə böyükdür, lakin özü balaca olduğu üçün düşdüyü bu dünyada hamı ona yuxarıdan aşağı baxır. Və hətta o insan gedərkən böyüklərin onu görə bildiyini, salam verdiklərini, tanıdıqlarını gördükcə daha çox sevinir. Sevincinin həddi hüdudu olmur. İstəyir ki, dəfələrlə o böyük insanların yanından keçsin ki, onların bunu görə bildiklərinin sevincini yaşasın. Amma bir şeyi unudur ki, onun daxili, ağlı, saflığı bu böyük insanlardan milyonlarca böyükdür, amma içindəki o böyüklüyündən xəbərsizdi.

Hekayənin ən maraqlı yeri isə sonluğudur. Bir kişinin qadın problemi. Kişi burada öz ailəsin, öz qadınına görə bu qədər alçalarkən, bu qədər “yaltaqlıq” simasına girib də sonradan özü-özünə qıraqdan baxıb nifrət edərkən qadın nə düşünür; - Hansı qızın yanındasan? Mənə hansı fahişə ilə xəyanət edirsən?.
Əslində bir yandan haqlı idi. O xəyanət edirdi, amma qadınına yox, öz saflığına, öz insanlığına, öz dürüstlüyünə. Həm də fahişə ilə deyil, bir məmurla!

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31