manera.az
manera.az

Yapon rejissor Venesiya festivalının “Gümüş şir” mükafatını qazandı

📅 14.09.2020 09:46

Yapon rejissor Venesiya festivalının “Gümüş şir” mükafatını qazandı
Yaponiyalı kinorejissor Kiyoşi Kurosava “Ən yaxşı rejissor işi”nə görə 77-ci Venesiya Film Festivalının “Gümüş şir” mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, K.Kurosavanın çəkdiyi “Casusun arvadı” filmində hadisələr 1940-cı ildə, Sakit okeanda hərbi əməliyyatlar başlamazdan əvvəl baş verir. Filmdə söhbət dövlət sirrini açdığına görə casusluqda ittiham olunan kişinin həyat yoldaşından gedir.

Qeyd edək ki, Venesiya Film Festivalı dünyanın üç ən böyük kinematoqrafiya hadisəsindən biri sayılır.

“Mən çox təəccüblənmişəm. Hiss etdiyim sevinci sözlə ifadə etmək çox çətindir. Heç vaxt düşünməzdim ki, bu yaşımda belə ecazkar hədiyyə ala bilərəm. Mən çox xoşbəxtəm ki, çəkdiyim filmlər insanlar tərəfindən bəyənilir”, - deyə K.Kurosava bildirib.

Əlavə olaraq bildirək ki, K.Kurosava son 17 ildə “Gümüş şir” mükafatına layiq görülən ilk yapon kinorejissordur. Həmin mükafatı 2003-cü ildə Kitano Takeşi almışdı.


Baxış sayı - 816 | Yüklənmə tarixi: 14.09.2020 09:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031