Dərdi yığma iç-içə sən... - ŞEİRLƏR | MANERA.AZ
![]()
MANERA.AZ gənc yazar Elşad Can Şamilin şeirini təqdim edir:
Darıxmışam sənin üçün
Günlər keçir yavaş yavaş
Könlüm gəzir o baş bu baş
Sən yanımda olaydın kaş
Sənə deyərdim sözümü,
Üzümdə qəm, gözümdə yaş
Nə aldadım mən özümü
Darıxmışam sənin üçün
Günlər günü əvəz etmir
Həsrətin uzanır bitmir
Siman xəyalımdan getmir
Hər an görürəm üzünü
Ancaq əlim sənə yetmir
Nə aldadım mən özümü
Darıxmışam sənin üçün
Necə edim rahatlayım
Bu sənsizliyi adlayım
Qoyma səni sayıqlayım
Daha qalmayıb dözümüm
Ilə döndü günüm ayım
Nə aldadım mən özümü
Darıxmışam sənin üçün
Uzaqlara mən gedəndə
Ürəyim çırpınar qəmdə
Bir də baxardım ki səndə
Hüzün yuyub üz gözünü
Pərişan olardım mən də
Nə aldadım mən özümü
Darıxmışam sənin üçün
Alma heçnəyi vecə sən
Dərdi yığma iç-içə sən
Sıxılma gündüz gecə sən
Tapılacaqdır çözümü
Soruşma tez-tez necəsən?!!!
Nə aldadım mən özümü
Darıxmışam sənin üçün
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.