manera.az
manera.az

"Oyuncağı yanan uşaqlar..." - Elşad Barat - MANERA

📅 21.05.2015 15:43

"Oyuncağı yanan uşaqlar..." - Elşad Barat - MANERA Elşad Barat

AZADLIQ


azadlıq-ən sevdiyim metro stansiyası
sən niyə belə başı bəlalısan
yenə də insanlar yandırıldı
sənin üstündə
neçə-neçə ocaqları söndürdün
evləri yandıra-yandıra
əlindəki oyuncağı yarımçıq yanmışdı
morqa aparılan körpənin
ayaqları qapqaraydı
atasının rəngi kimi
anasının talehi kimi
huşsuz insanları bir-bir alovdan çıxarırdı xilasedicilər
qaçıb əllərindən öpmək istəyirdim
may özünə söz verib
bütün günlərini qan rənginə boyadacaq təqvimdə...
azadlıq
yenə də insanlar yandırıldı
sənin üstündə
qazilər də sənə gəlmişdi yana-yana
yandırıldı
allah unutmuşdu yanğın saatını
gecikmişdi anaların fəryadını eşitməyə
yox...yox...yox...
Laçının haqqı tutdu bu xalqı
laçınsızlığa öyrəşdikləri üçün
səni görüm bütünlüklə od tutub yanasan
azadlıq...azadlıq...azadlıq...

Manera.az


Baxış sayı - 3 252 | Yüklənmə tarixi: 21.05.2015 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031